Disable Preloader

2023-cü ildə Vergi məcəlləsində baş vermiş dəyişikliklərin əsas istiqamətləri hansılardır?

2023-cü ildə Vergi məcəlləsində baş vermiş dəyişikliklərin əsas istiqamətləri hansılardır?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramında Vergi məcəlləsində baş vermiş dəyişikliklərin əsas istiqamətləri mövzusu ilə bağlı sualları cavablandırmışdır. 

 Belə ki, Əvəz Quliyev bildirmişdir ki,2023-cü il yanvarın 1-dən  qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb.

  • Birinci istiqamət- ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsi.
  • İkinci istiqamət- ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılması.
  • Üçüncü istiqamət -vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda təkmilləşdirilməsini.
  • Dördüncü istiqamət- əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılması.
  • Beşinci istiqamət- ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir.

Bundan əlavə olaraq Əvəz Quliyev bildirmişdir ki,dəyişikliklər paketində biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı  investisiya mühitinin yaxılaşdırılması məsələri də aid edilir.  Əlavə olaraq, bu gün sahibkarların istehsal sahələrini qurmaq üçün çəkdikləri kapital xarakterli xərclərin daha çox hissəsini əsas vəsaitlərin alınması və ya ölkəyə idxalı kimi maliyyə tutumlu investisiyalar təşkil edir. Buna görə də 2023-cü ildən Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıda müəyyən olunmuş kateqoriya üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur. Nəticədə istehsalçılarımız istehsal sahələrinin qurulması ilə bağlı idxal etdikləri əsas vəsaitlərə görə maliyyə vəsaitlərinə qənaet etmiş olacaqlar. Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan 15%-lik hissəsi gələn ildən 17,5%-ə qaldırılır. Nağd əməliyyatlar üzrə istehlakçılara  qaytarılan 10%-lik ƏDV hissəsi isə 5%-ə endirilir.

2019-cu ildən “ƏDV geri al” layihəsi tətbiq olunur. Həmin layihənin tətbiqi nəticəsində qarşıya qoyulan hədəflər özünü doğruldur. Layihənin mahiyyəti ondan ibarətdir ki, pərakəndə ticarət, ictimai iaşə, tibbi xidmət sahələrində əhalinin aldığı mallara, iş və xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i istehlakçılara geri qaytarılır. 2023-cü ildən nağdsız ödənişlərin stimullaşdırılmasının davamı olaraq həmin faiz nisbətlərində dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan 15%-lik hissəsi 2023-cü ildən 17,5%-ə qaldırılır. Nağd əməliyyatlar üzrə istehlakçılara qaytarılan 10%-lik ƏDV hissəsi isə 5%-ə endirilir.

Mənbə:taxes.gov.az