Disable Preloader

Əlavə Dəyər Vergisində dəyişikliklər 2022

Əlavə Dəyər Vergisində dəyişikliklər 2022

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən üzrə 2022-ci ildə Əlavə Dəyər Vergi (ƏDV) si.

Dəyişikliklər

• 159.1. 2022-ci ilin 1 yanvar tarixindən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

• 159.5. Qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr artıq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

• 160.4. hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakların, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

• 164.1.7. kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı artıq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

• 164.1.8. kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) artıq ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

• 165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı neft və qaz məhsulları ilə yanaşı, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alınması zamanı ödənilən ƏDV artıq geri alına bilinməyəcəkdir. .

• 165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV qaytarılır.

• 165.6. Fiziki şəxs olan istehlakçılar eyni binadan cəmi sahəsi 1,000 kvadratmetrdən (500 kvadratmetr yaşayış və 500 kvadratmetr qeyri-yaşayış sahəsindən) artıq olan yaşayış və qeyri-yaşayış sahələrini aldıqda, bu maddə ilə müəyyən edilmiş ƏDV-nin qaytarılması alınmış yaşayış və qeyri-yaşayış sahələrinin 1,000 kvadratmetr (500 kvadratmetr yaşayış və 500 kvadratmetr qeyri-yaşayış sahəsi) hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

• 168.1. Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

• 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: - patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi.

Dəyişiklikdən əvvəl

• 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Yeni redaksiya

• 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Vergi ödəməkdən azad etmə

• 164.1.34-1. kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi;

• 164.1.34-2. kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;

• 164.1.41. yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı;

• 164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;

• 164.1.41-2. elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;

• 164.1.57. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi;

• 165.1.4. beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-dən azad olunacaqdır.

Əlavələr

• 175.10. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir.