ƏDV ödəyicisi olan hüquqi şəxslər öz biznes kartlarından "Facebook", "Google" kimi şirkətlərə reklam üçün ödəniş edirlər. Ödəniş edərkən bank tərəfindən 18 faiz ƏDV avtomatik olaraq tutulur. Hüquqi şəxslərin həmin ödənişləri aylıq ƏDV bəyananaməsində əvəzləşdirməyə hüququ varmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldıği rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.
Eyni zamanda, qeyri-rezidentə edilən ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq "Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi" təqdim edilir.