Dövlət Vergi Xidmətindən bildirilir ki, fiziki şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikası vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti ilə Bakı şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər. “ASAN Xidmət” mərkəzlərinin yerləşmədiyi inzibati ərazi vahidlərində isə həmin ərazidə yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə, poçt vasitəsilə isə qeydiyyatda olduqları ərazi üzrə vergi orqanına müraciət edə bilərlər.
Bundan əlavə, gücləndirilmiş elektron imzası olan şəxslər İnternet Vergi İdarəsi vasitəsilə, “asan imza”sı olan şəxslər isə Çağrı Mərkəzi (195) vasitəsilə fiziki şəxs kimi qeydiyyata alına bilərlər.
Əsaslandırma: Vergi Məcəlləsi 33.3-cü, 34.2-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanunun 1.1.6-cı maddəsi.
Mənbə:https://vergiler.az/news/taxes/13577.html