2015-ci il 29 dekabr tarixində qəbul edilmiş “Publik hüquqi şəxslər haqqında” https://e-qanun.az/framework/31994 Azərbaycan Respublikası qanununa əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Dövlət Metrologiya və Standartlaşdırma Komitəsindəki müxtəlif laboratoriyaları, Dövlət Əmlak Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar. Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.
Bəzi qurumların dövlət büdcəsi vəsaiti hesabına maliyyələşməsinə baxmayaraq həyata keçirdikləri fəaliyyətə əsaslanaraq onları nə hakimiyyətin hansısa qoluna aid etmək mümkündür, nə də belə qurumları sırf hüquqi şəxs adlandırmaq olar. İqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Belə qurumların sayı kifayət qədərdir və onlar bu xidmətləri göstərən strukturlarına mülki hüququn subyektlərindən biri olan hüquqi şəxs statusu verməyə məcburdurlar. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə hər hansı başqa bir ödəniş tələb edə bilməz.
Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.
- Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz;
- Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür;
- Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər;
- Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər. “ Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.
- Onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur;
- Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.
Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Bundan başqa, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulan halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Eyni zamanda, publik hüquqi şəxsin mənfəəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
Mənbə: https://kriptoinvest.az/2020/10/27/publik-huquqi-s%C9%99xs-n%C9%99dir/
Publik hüquqi şəxslər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/31994